Xarici dövlətin vətəndaşlığını qəbul etmiş vətəndaşlar

Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları

(Scroll down for English version)

Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslərin üç min manatdan beş min manatadək miqdarda cərimə, və ya üç yüz altmış (360) saatdan dörd yüz səksən (480) saatədək ictimai işlər ilə cəzalandırılması nəzərdə tutulmuşdur (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.2-ci maddəsinə əsasən).  

  

Yazılı məlumatın verilməsi üçün aşağıdakı sənədlər Baş Konsulluğa təqdim edilməlidir:

 

1. Ərizə-Anket

2. 2 ədəd 3x4 foto şəkil

3. Azərbaycan Respublikasının ümumvətəndaş pasportunun  surəti

4. ABŞ pasportunun surəti


Aşağıdakı hallar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir:

 

1.       Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi;

2.       Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi;

3.       Azərbaycan Respublikası vətəndaşının dövlət təhlükəsizliyinə ciddi zərər vuran davranışı;

4.       Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi.

Qeyd: Yuxarıda qeyd olunan vətəndaşlığın itirilməsi ilə bağlı müddəalar bu Qanun qüvvəyə minənədək (30 may, 2014) digər ölkənin vətəndaşlığını əldə etmiş şəxslərə şamil edilmir.

 

Citizens of the Republic of Azerbaijan who have adopted citizenship of a foreign state

A citizen of the Republic of Azerbaijan who acquires citizenship of a foreign state shall provide a written notice to the relevant executive authority within one month. Persons who do not provide a written notice shall be fined three thousand to five thousand manats or will be ordered to perform community service for three hundred sixty (360) to four hundred and eighty (480) hours (Criminal Code of the Republic of Azerbaijan, Article 318.2).

 

The following documents must be submitted to the Consulate General for the submission of a written notice:

 

1. Application form

2. 2 photos (size: 3x4)

3. Copy of the national passport of the Republic of Azerbaijan

4. Copy of US passport

 

The following shall be considered as the basis for the loss of citizenship of the Republic of Azerbaijan:

 

1. Voluntary acquisition of citizenship of another state;

2. Voluntary service of the citizen of the Republic of Azerbaijan in the state or municipal bodies of the foreign state or in the armed forces or in other armed formations;

3. The behavior of the citizen of the Republic of Azerbaijan which seriously damages state security;

4. Intentional falsification or submission of false information by the person who has acquired the citizenship of the Republic of Azerbaijan, necessary for admission to citizenship.

 

Note: The provisions on the loss of the above-mentioned statutes are not applicable to persons who have acquired citizenship of another country before May 30, 2014.

About

Consulate General

The opening of the Consulate General of the Republic of Azerbaijan to Los Angeles and Western States was a significant milestone in the rapidly developing bilateral ties between the United States and Azerbaijan.read more...

Find Us on Facebook



Follow Us on Twitter



Subscribe to Our YouTube Channel