Vətəndaşlığın müəyyən edilməsi

Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək üçün şəxs aşağıdakı sənədlərlə Baş Konsulluğa müraciət etməlidir:

  1. Doldurulmuş Ərizə-anket
  2. 2 ədəd 3x4 sm. ölçüdə fotoşəkil
  3. Azərbaycan Respublikasının Los Anceles şəhərindəki Baş Konsulluğunun adına yazılmış Ərizə;
  4. Azərbaycan Respublikasının vətəndaşlığına dair və şəxsiyyəti təsdiq edən sənədlərin bütün səhifələrinin surətləri (doğum haqqında şəhadətnamənin surəti, keçmiş sovet nümunəli pasportun surəti, hərbi biletin surəti və s.);
  5. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (yəni, 07.10.1998-ci il tarixinədək) Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyat barədə rəsmi sənədlərin (“Ev kitabı”nın müvafiq səhifələrinin, “Forma A” vərəqinin) möhürlə təsdiq edilmiş surətləri;
  6. 18 yaşına çatmamış şəxslərin valideynləri barədə məlumatlar (şəxsiyyətini təsdiq edən sənədlərin surətləri və s.);
  7. Şəxsin 1 yanvar 1988-ci ildən 1 yanvar 1992-ci ilədək Azərbaycan respublikası ərazisində məskunlaşmış qaçqın olduğu halda, bu faktı təsdiq edən müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən verilmiş vəsiqə və ya arayışın surəti (notarial qaydada təsdiq edilmiş);
  8. Dövlət rüsumu-25 ABŞ dolları məbləğində "money order" (nümunəyə bax) və ya “cashier’s check” (nümunəyə bax). Payable to the Consulate General of Azerbaijan.

Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirmək haqqında müraciətə baxılma müddəti və nəticələri

Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirmək haqqında yuxarıda sadalanan sənədlər Azərbaycan Respublikasının Los Ancelesdəki Baş Konsulluğun səlahiyyət dairəsinə daxil olan ştatlarda yaşayan şəxslər tərəfindən Baş Konsulluğa təqdim edilir, daha sonra ərizə-anket icraat üçün aidiyyəti dövlət orqanı olan Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə göndərilir və müraciətə baxılma müddəti həmin vaxtdan başlayır. Bu müraciətə ümumilikdə 1-2 ay müddətində baxılır.

Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirmək ilə bağlı verilmiş müraciətlərə baxılmasının nəticələri barəsində vəsatət qaldıran müvafiq şəxslərə Baş Konsulluq tərəfindən yazılı məlumat verilir.

Diqqət! Sənədlərin poçt vasitəsi ilə geri göndərilməsi üçün müraciətə poçt xərcləri ödənilmiş zərfin əlavə edilməsi xahiş olunur. Zərfin üzərinə dəqiq ünvanınızın yazılması və ödəniş markasının yapışdırılmasına nəzarət edin.

Sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə Baş Konsulluq məsuliyyət daşımır.

Sənədlər tam və düzgün tərtib edilmədiyi təqdirdə icraya qəbul olunmadan ərizəçiyə geri qaytarılacaqdır.

About

Consulate General

The opening of the Consulate General of the Republic of Azerbaijan to Los Angeles and Western States was a significant milestone in the rapidly developing bilateral ties between the United States and Azerbaijan.read more...

Find Us on Facebook



Follow Us on Twitter



Subscribe to Our YouTube Channel