National Leader of Azerbaijan

President of Azerbaijan
 
First Vice President of Azerbaijan
 

 

 

Soyadın dəyişdirilməsi

SOYADIN DƏYİŞDİRİLMƏSİ

Azərbaycan Respublikası vətəndaşlarının soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.

Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Lakin nikahın bağlanması ilə əlaqədar tərəflərin istəyi ilə onların soyadı dəyişdirilə bilər.

Ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda onun soyadının dəyişdirilməsinə yol verilmir.

Soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, konsulluq bundan imtina edilməsi barədə qərar çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və o, konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır.

Soyadın dəyişdirilməsi üçün aşağıdakı sənədlərin təqdim edilməsi tələb olunur:

  1. Ərizə
  2. 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil;
  3. Ərizə verən şəxsin doğum haqqında şəhadətnaməsi;
  4. Ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamənin surəti (notarial qaydada təsdiq olunmuş);
  5. Ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamənin surəti (notarial qaydada təsdiq olunmuş);
  6. Ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında şəhadətnamələri;
  7. Şəxsiyyətini təsdiq edən sənədin surəti (notariat qaydasında təsdiq olunmuş);
  8. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin surəti (notariat qaydasında təsdiq olunmuş);
  9. 50 ( əlli) ABŞ dolları məbləğində "money order" (nümunəyə bax) və ya “cashier’s check” (nümunəyə bax).  Payable to the Consulate General of Azerbaijan.

About

Consulate General

The opening of the Consulate General of the Republic of Azerbaijan to Los Angeles and Western States was a significant milestone in the rapidly developing bilateral ties between the United States and Azerbaijan.read more...

Find Us on Facebook



Follow Us on Twitter



Subscribe to Our YouTube Channel