National Leader of Azerbaijan

President of Azerbaijan
 
First Lady of Azerbaijan
 

 

 

Müvəqqəti qeydiyyat

ABŞ-da müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının konsulluq qeydiyyatı

Üç aydan çox müddətə ABŞ-a işləməyə ezam olunmuş, təhsili ilə bağlı və ya şəxsi qaydada (qonaq, müalicə və digər məqsədlə) səfər etmiş Azərbaycan Respublikası vətəndaşları işlədikləri, təhsil aldıqları, müalicə olunduqları və ya yaşadıqları əraziyə akkreditə edilmiş Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində konsulluq qeydiyyatına alınırlar.

ABŞ-da müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşı konsulluq qeydiyyatına alınması məqsədilə aşağıdakı sənədləri Azərbaycan Respublikasının Los Ancelesdəki Baş Konsulluğuna təqdim etməlidirlər:

  1. Doldurulmuş “Xarici ölkədə müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşının uçot kartoçkası”;
  2. Vətəndaşın şəxsiyyətini təsdiq edən Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportunun kserosurəti;
  3. Azərbaycan Respublikası vətəndaşının ABŞ-da müvəqqəti yaşamaq icazəsinə malik olmasını təsdiq edən sənədin kserosurəti.
Diqqət! Nəzərinizə çatdırmaq istərdik ki, xarici ölkələrdə müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının konsulluq qeydiyyatı ilə bağlı onların pasportlarında heç bir qeyd aparılmır. Vətəndaş arzu etdiyi təqdirdə onun müvəqqəti yaşayış qeydiyyatında olması barədə konsulluq tərəfindən sərbəst formada yazılmış arayış verilir.

Konsulluq qeydiyyatına alınmış Azərbaycan Respublikası vətəndaşı ilə birlikdə ABŞ-da müvəqqəti yaşayan 16 yaşına çatmamış uşaq olduqda, həmin uşağın doğum haqqında şəhadətnaməsinin və valideynlərinin nikah haqqında şəhadətnaməsinin (olduğu halda) surətləri Baş Konsulluğa təqdim edilməlidir.

About

Consulate General

The opening of the Consulate General of the Republic of Azerbaijan to Los Angeles and Western States was a significant milestone in the rapidly developing bilateral ties between the United States and Azerbaijan.read more...

Find Us on Facebook



Follow Us on Twitter



Subscribe to Our YouTube Channel