İlk dəfə pasportun alınması / Issuance of passport for the 1st time

İlk dəfə pasport alan vətəndaşlara yeni biometrik pasportun Baş Konsulluq vasitəsilə rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər.

1.       Vətəndaşın şəxsiyyət vəsiqəsinin əsli;

2.       18-35 yaş hədlərində kişilər üçün hərbi mükəlləfiyyətdən azad edilmə barədə hərbi biletin surəti və ya möhlət hüququ verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin əsli;

3.       Ərizə - Anket;

4.       Doldurulmuş Xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşının uçot kartoçkası;

5.       Vətəndaşın ərizəsi Nümunə;

6.       "Green Card". “Green Card” sənədi olmadığı təqdirdə, ABŞ ərazisində qanuni yaşamasını təsdiq edən sənədin notariusda təsdiq olunmuş surəti;

7.       "Social Security"

8.       2 ədəd foto şəkil

9.       Sənədlərin tərtib edilib göndərilməsi üçün dövlət rüsümü. 55 (əlli beş) ABŞ dolları məbləğində "money order" (nümunəyə bax) və ya “cashier’s check” (nümunəyə bax)"Payable to the Consulate General of Azerbaijan". 

10.   Pasportun rəsmiləşdirilməsi üçün 40 (qırx) AZN dövlət rüsumunun ödənilməsini sübut edən qəbz. Bu rüsum Azərbaycanda pasporta müraciət edən şəxsin adına ödənilməlidir.

 

 

Qeyd: Dövlət rüsumunun elektron ödənilməsi üçün AR Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsinə (www.mia.gov.az) daxil olaraq, “Dövlət rüsumlarının, cərimələrin və xidmət haqlarının elektron ödənişi” xanasına daxil olaraq həyata keçirilməsi mümkündür.

 

Müraciət edən şəxs müvafiq qaydaya uyğun ardıcıllıqla tərtib edilmiş sənədlərlə və şəxsiyyət vəsiqəsinin əsli ilə birlikdə şəxsən Baş Konsulluğa gəlməlidir.

 

Qeyd: 15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izləri götürülmür. 


18 yaşı tamam olmamış vətəndaşa pasport verildikdə yuxarıda sadalanan sənədlərdən əlavə aşağıda qeyd olunan sənədlər də Baş Konsulluğa təqdim edilməlidir:



 - Qan qrupu haqqında tibbi arayış (uşağın şəxsiyyət vəsiqəsi təqdim edildikdə bu sənəd tələb olunmur)

 Ərizə-Anket

 - Valideynlərin təsdiq edilmiş razılığı

 - Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd. 



Qeyd: 18 yaşı tamam olmamış vətəndaş ölkədən valideynləri ilə, övladlığa götürənlə, himayəçisi və ya qəyyumu ilə gedə bilər. 18 yaşı tamam olmamış vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notarial qaydada təsdiq edilmiş razılığı tələb olunur.

 

Pasportun rəsmiləşdirilməsi adətən 2-3 ay müddət tələb edir.



Required documents for issuance of the new biometric passport for the first time through the Consulate General of Azerbaijan

1. The identity card of the citizen;

2. The original certificate of registration for military or a copy of a warrant for the exemption from military for men from 18 to 35 years of age;

3. Application form;

4. Registration form;

5. Letter to the Consulate (sample);

6. "Green Card". Notarized copy of the document certifying legal status in the United States, if there is no Green Card;

7. Social Security Card

8. 2 passport size photos

9. State fee for processing the documents. "Money order" (see sample) or "cashier's check" (see sample) in the amount of 55 (fifty-five) US dollars. "Payable to the Consulate General of Azerbaijan".
10. A receipt confirming the payment of state fee for 40 (forty) AZN for the passport issuance. This fee must be paid in the name of the person applying for the passport in Azerbaijan.

 

Note: Electronic payment of state fee can also be done by entering into the "Electronic Payment for State Fees, Fines and Service Fees" on the Interior Ministry's official website (www.mia.gov.az).
 
The applicant must come to the Consulate General in person together with all required documents and with the original identity card.
 
Note: Fingerprints are not taken from citizens under 15 years of age.
 
In case of passport issuance to a citizen who is under 18 years of age, the following documents should be submitted to the Consulate General in addition to the above-mentioned documents:

 

Medical certificate showing blood type (this document is not required when a child's ID card is submitted);
 - Application form;
 - Parental consent;
 - A document certifying the rights of the adoptive parent, guardian or custodian of children deprived of parental care.
 
 
Note: An 18-year-old citizen may travel with a parent, adoptive guard or guardian. When an 18-year-old citizen travels with one of his/her parents, the other parent's notarized consent is required.
 
The appointment is required to visit the Consulate General.
 
Passport issuance process usually takes 2-3 months.

About

Consulate General

The opening of the Consulate General of the Republic of Azerbaijan to Los Angeles and Western States was a significant milestone in the rapidly developing bilateral ties between the United States and Azerbaijan.read more...

Find Us on Facebook



Follow Us on Twitter



Subscribe to Our YouTube Channel