Etibarlıq müddəti bitmiş pasportun yenilənməsi

Etibarlıq müddəti bitmiş, səhifələri dolmuş pasportun Baş Konsulluq vasitəsilə yenilənməsi üçün tələb olunan sənədlər:

1.       Vətəndaşın şəxsiyyət vəsiqəsinin əsli

2.       Etibarlıq müddəti bitmiş və ya səhifələri dolmuş pasportun əsli

3.       Ərizə - Anket

4.       Doldurulmuş Xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşının uçot kartoçkası;

5.       Vətəndaşın ərizəsi Nümunə

6.       "Green Card". “Green Card” sənədi olmadığı təqdirdə, ABŞ ərazisində qanuni yaşamasını təsdiq edən sənədin notariusda təsdiq olunmuş surəti

7.       "Social Security"

8.       2 ədəd foto şəkil

9.       55 (əlli beş) ABŞ dolları məbləğində "money order" (nümunəyə bax) və ya “cashier’s check” (nümunəyə bax)"Payable to the Consulate General of Azerbaijan".

 

40 (qırx) AZN dövlət rüsumu Bakıda ödənildikdən sonra, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində rəsmiləşdirilmiş yeni biometrik pasport Xarici İşlər Nazirliyi vasitəsilə Baş Konsulluğa çatdırılır.

 

Qeyd: Dövlət rüsumunun elektron ödənilməsi üçün AR Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsinə (www.mia.gov.az) daxil olaraq, “Dövlət rüsumlarının, cərimələrin və xidmət haqlarının elektron ödənişi” xanasına daxil olaraq həyata keçirilməsi mümkündür.

 

Müraciət edən şəxs müvafiq qaydaya uyğun ardıcıllıqla tərtib edilmiş sənədlərlə və şəxsiyyət vəsiqəsinin əsli ilə birlikdə şəxsən Baş Konsulluğa gəlməlidir. Vətəndaşdan biometrik pasportun tələblərinə uyğun üz təsvirinin foto şəkli, əl-barmaq izləri və elektron imzası alındıqdan sonra, sənədlər elektron formada AR Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə göndərilir.

 

Pasportun rəsmiləşdirilməsi adətən 2-3 ay müddət tələb edir.

About

Consulate General

The opening of the Consulate General of the Republic of Azerbaijan to Los Angeles and Western States was a significant milestone in the rapidly developing bilateral ties between the United States and Azerbaijan.read more...

Find Us on Facebook



Follow Us on Twitter



Subscribe to Our YouTube Channel