National Leader of Azerbaijan

President of Azerbaijan
 

First Vice President of Azerbaijan
 

 

 

Qayıdış Şəhadətnaməsi/Return Certificate

Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsinin Rəsmiləşdirilməsi

Azərbaycan Respublikası vətəndaşının pasportunun etibarlıq müddəti başa çatdığı və ya itdiyi halda, həmin vətəndaşın Azərbaycan Respublikasına geri qayıtması üçün Baş Konsulluq tərəfindən Qayıdış Şəhadətnaməsi rəsmiləşdirilir.

Qayıdış Şəhadətnaməsi verildiyi tarixdən etibarlıq müddəti 1 ay olmaqla yalnız Azərbaycana səfər etmək üçün rəsmiləşdirilir. Şəhadətnamə sahibinin digər ölkələrin ərazisindən tranzit keçmək hüququ vardır.

Konsulluq dairəsinə düşən ABŞ-ın 13 ştatından (Alyaska, Arizona, Kaliforniya, Kolorado, Havay adaları, Aydaho, Montana, Nevada, Nyu Meksika, Oreqon, Yuta, Vaşinqton və Vayominq) birinin ərazisində müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları qayıdış şəhadətnaməsi üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Anket
  2. sərbəst formada yazılmış ərizə. Baş Konsulluğun adına ünvanlanmış ərizədə müraciət edən şəxsin soyadı, adı, atasının adı, ABŞ-dakı ünvanı, telefon nömrəsi, ABŞ-a gəlmə tarixi, müraciətin səbəbi, Azərbaycana getmək üçün nəzərdə tutulan tarix göstərilməlidir;
  3. pasport yararsız hala düşdükdə və ya onun etibarlılıq müddəti bitdikdə - pasportun özü və surəti;
  4. 2 ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə);
  5. üzərində fotoşəkil olan aşağıdakı sənədlərdən biri - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası tərəfindən verilmiş hərbi bileti, Azərbaycan Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsi və ya şəxsiyyətini və ya vətəndaşlığını müəyyənləşdirən digər rəsmi sənədi;  
  6. Azərbaycan Respublikasının vətəndaşı ilə birgə gedən 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşının doğum haqqında şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsi; 
  7. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikası tərəfindən verilmiş şəxsiyyətini təsdiq edən digər rəsmi sənəd;
  8. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslə birgə gedən 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış uşağının doğum haqqında şəhadətnaməsi və ya Azərbaycan Respublikası tərəfindən verilmiş şəxsiyyətini təsdiq edən rəsmi sənəd;
  9. (ABŞ-da daimi yaşıyanlar) "Green Card" və /vəya "Social Security"  sənədinin Notariusda təsdiq olunmuş surəti;
  10. 40 (qırx) ABŞ dolları məbləğində dövlət rüsumu – "money order" (nümunəyə bax) və ya “cashier’s check” (nümunəyə bax). Payable to the Consulate General of Azerbaijan.

Qeyd: Pasportu itirmiş və ya oğurlanmış şəxs qayıdış şəhadətnaməsi rəsmiləşdirilməsi ilə əlaqədar Baş Konsulluğa müraciət etdikdə, yuxarıda sadalanan sənədlərdən əlavə pasportun itdiyi və ya oğurlandığı ərazinin polis idarəsindən arayış da təqdim etməlidir. 

Qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün 3 gün vaxt tələb olunur.

Diqqət! Sənədlərin poçt vasitəsi ilə geri göndərilməsi üçün müraciətə poçt xərcləri ödənilmiş zərfin əlavə edilməsi xahiş olunur. Zərfin üzərinə dəqiq ünvanınızın yazılması və ödəniş markasının yapışdırılmasına nəzarət edin.

Sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə Baş Konsulluq məsuliyyət daşımır.


Sənədlər tam və düzgün tərtib edilmədiyi təqdirdə icraya qəbul olunmadan ərizəçiyə geri qaytarılacaqdır.




Issuing a Return Certificate (travel document) to Azerbaijan

Return certificate is issued to the citizens of the Republic of Azerbaijan, whose passport is lost, stolen, damaged or expired.

 

Return certificate is valid for one month. The holder has the right to transit through the territory of other countries.

 

Citizens of the Republic of Azerbaijan temporarily or permanently residing in one of the 13 western US states (Alaska, Arizona, California, Colorado, Hawaii, Idaho, Montana, Nevada, New Mexico, Oregon, Utah, Washington, and Wyoming) should submit the following documents:

 

1. Application form

 

2. Letter to the Consulate General. The letter addressed to the Consulate General shall specify the last name, first name, patronymic name, address in the United States, telephone number, date of arrival in the United States, the reason for the application, the exact date of the visit to Azerbaijan;

 

3. Passport and its copy (if the passport is damaged or expired);

 

4. 2 photos (3x4 cm);

 

5. Photo ID (a military document issued by the Republic of Azerbaijan, a driving license issued by the Republic of Azerbaijan or another official identification card);

 

6. Birth certificate or ID of a citizen of the Republic of Azerbaijan who is under the age of 18 or reached the age of 18 abroad accompanied by a citizen of the Azerbaijan Republic;

 

7. An official ID of a stateless person permanently residing in the Republic of Azerbaijan;

8. Birth certificate or other ID card issued by the Republic of Azerbaijan of a child who is under the age of 18 or reached the age of 18 abroad accompanied by a stateless person;

9. Notarized copy of the "Green Card" and/or "Social Security" Card (for permanent residents in the US);

10. State fee in the amount of 40 (forty) US dollars - "money order" (see sample) or "cashier's check" (see sample). Payable to the Consulate General of Azerbaijan.

11. Note: If a person whose passport is lost or stolen applies to the Consulate General for the return certificate, he/she should also provide an official report from the Police Department, in addition to the above-mentioned documents.

A return certificate is issued within 3 days. 

Attention! A prepaid return envelope is required. Make sure you write your exact address on the prepaid return envelope.

 
The Consulate General is not responsible for the loss of or damage to the documents during shipping.
 
Documents will be returned to the applicant if they are not properly compiled.

 

About

Consulate General

The opening of the Consulate General of the Republic of Azerbaijan to Los Angeles and Western States was a significant milestone in the rapidly developing bilateral ties between the United States and Azerbaijan.read more...

Find Us on Facebook



Follow Us on Twitter



Subscribe to Our YouTube Channel